"Qarabağ"ın veteran futbolçusu, klub tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynov bir müddət öncə Ağdama, "İmarət" stadionuna səfəri barədə təəssüratlarını bölüşüb.
Sportal.az xəbər verir ki, o, Niderlandın "de Volkskrant" nəşrinə deyib:
"Mən əvvəlcədən düşünürdüm ki, yenidən Ağdama qayıdanda xoşbəxt olacağam. Həmin an yetişəndə isə ağlamamaq üçün özümü güclə saxladım. Mən yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Doğma şəhərimə və "İmarət"ə qayıtmışdım. Mən bilmirəm, biz yaşayış və oynamaq üçün ora nə vaxt dönəcəyik. Çünki bölgədə çoxlu mina var, yeni stadion, məşq meydançası tikilməlidi. İndi orda hər şey dağıdılıb. Bizim "İmarət"dəki son oyunlarımızdan birində yaxınlıqdakı əraziyə raket düşmüşdü. Xatırlayıram ki, o vaxt rəqib komanda qorunmaq üçün yerə uzanmışdı".
saytlarin hazirlanmasi