Türkiyənin "Beşiktaş" klubu xorvatiyalı hücumçu Mario Mancukiçi heyətinə qatmaq istəyir.
Sportal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sərgən Yalçın məlumat verib:
"Hazırda transferlə bağlı nəsə deməyim doğru olmaz. Transfer məsələsi tam başqa mövzudur. Geniş heyətin kiməsə ziyanı olmaz. Bəli, Mancukiçlə maraqlanırıq. Şərtlər uyğun olarsa, transfer reallaşa bilər. Hələ ki dəqiq nəsə yoxdur".
34 yaşlı hücumçu 2020-ci ilin yayından klubsuzdur. Xorvatiya millisinin keçmiş üzvü "Dinamo" (Zaqreb), "Volfsburq", "Bayern" (Münhen), "Atletiko" və "Yuventus" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi