Argentina yığmasının keçmiş futbolçusu Xavyer Maskeranonun yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi bundan sonra Argentina Futbol Federasiyasında çalışacaq. O, milli komandalar üzrə strukturda çalışacaq. Maskeranonun metodologiya və inkişaf şöbəsindən məsul olacağı diqqətə çatdırılıb.
Maskerano “River Pleyt”, “Korintians”, “Vest Hem”, “Liverpul”, “Barselona”, “Hebey Çayna Fortun” və “Estudiantes” kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi