Türkiyə Super Liqasında 28-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Qarabağ"ın keçmiş qapısıçı ibrahim Şehiçin çıxış etdiyi "Konyaspor"a 3:0 hesabı ilə qalib gəlib.
Bosniyalı qapıçı 90 dəqiqə meydanda olub.
Super Liqada turnir cədvəlinə 60 xalla "Beşiktaş" başçılıq edir. "Qalatasaray" və "Fənərbaxça" 58 xalla 2-3-cü yerləri bölüşürlər. 32 xalı olan "Konyaspor" 12-ci sıradadır.
"Konyaspor" - "Fənərbaxça" - 0:3
Qollar: Attila Salay, 29, Brayt Osayi-Samuel, 32, Sərdar Əziz, 90
saytlarin hazirlanmasi