Hakimi təhqir edən Ramil Şeydayevə sərt cəza

15:00 - 10 Mart 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda divizionun 16-cı turu ilə bağlı aşağıdakı qərarlar verilib:

 

I Divizionun XVI turunun “Qarabağ-2” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

 

MOİK – “Keşlə-2” oyununda “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

 

“Zaqatala” – “Sumqayıt-2” matçının 67-ci dəqiqəsində “Zaqatala” klubunun 6 nömrəli futbolçusu Aleksandr Şemonayev “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Oyunda topdaşıyan şəxslər təmin olunmadığı üçün meydan sahibi klub 80 manat cərimə olunur.

 

“Sabah-2” – “Qaradağ Lökbatan” matçının 63-ci dəqiqəsində “Sabah-2” klubunun 90 nömrəli futbolçusu Ramil Şeydayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

 

Oyunda “Qaradağ Lökbatan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

 

“Turan Tovuz” – “Neftçi-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.

Xəbər xətti