“Qarabağ”ın futbolçusu Patrik Andrade açıqlama verib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan 28 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 19-cu turunda “Zirə”ni məğlub etdikləri oyunla (2:0) bağlı fikirlərini bölüşüb:
“Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik. Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. “Zirə” ilə oyun keçmişdə qaldı, indi “Sabah”la matçı düşünürük”.
saytlarin hazirlanmasi