Uels millisinin baş məşqçisi Rayan Giqqz qarşıdakı 3 oyunda milliyə rəhbərlik etməyəcək.
Sportal.az xəbər verir ki, yığmanın Belçika və Çexiyaya qarşı DÇ-2022-nin seçmə mərhələ oyunları və Meksika ilə yoldaşlıq görüşündə Robert Peyc komandaya rəhbərlik edəcək.
2020-ci ilin noyabrında Giqqz rəfiqəsinə hücumda şübhəli bilinərək həbs edilib. Veteran yarımmüdafiəçi günahını boynuna almayıb. 46 yaşlı mütəxəssis dindirildikdən sonra araşdırma başa çatanadək girov müqavilində azadlığa buraxılıb.
Giqqz bundan əvvəlki ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda da komandadan kənarlaşdırılmışdı. Bu görüşlərdə də yığmaya Peyc rəhbərlik etmişdi.
Giqqz 2018-ci ilin yanvarından Uels millisini çalışdırır.
saytlarin hazirlanmasi