Braziliyanın “Marakana” stadionunun adı dəyişdiriləcək.
Sportal.az xəbər verir ki, stadiona Pelenin adı verilir. Bununla əlaqədar Rio-de-Janeyro ştatının qanunverici məclisinə təqdim olunan qanun layihəsini deputatlar qəbul edib. Yerli qubernatorun təsdiqindən qərar rəsmən qüvvəyə minəcək.
Qanun layihəsinin müəllifləri hesab edir ki, 80 yaşlı Pele Braziliya futbolunun simvoludur və stadionun adının dəyişdirilməsi məntiqlidir.
saytlarin hazirlanmasi