"Zaqatala"ya maska cəriməsi

16:05 - 6 Aprel 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, toplantıda I Divizionun XIX turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

“Turan Tovuz” – “Qarabağ-2” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün "Turan Tovuz" 80 manat cərimə edilib.

 

“Sabah-2” – “Zaqatala” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

 

“Sabah-2” – “Zaqatala” oyununda oyun öncəsi stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə olunub.

 

“Sabah-2”nin futbolçusu Abdulla Xaibulaev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

 

“Zaqatala”nın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə olunub.

 

“Qaradağ” – “Keşlə-2” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.

Xəbər xətti