UEFA AÇ-2020-də azarkeşlərlə bağlı planları müəyyənləşdirmək üçün təşkilatçı şəhərlərə verilən vaxtı uzadıb.
Sportal.az xəbər verir ki, həmin müddət aprelin 7-dən 28-dək artırılıb. Bəzi görüşlərin digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz keçirilməsi də mümkündür.
2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
saytlarin hazirlanmasi