Holanddan avtoqraf alan hakim Rumıniyada cəzalandı

15:32 - 9 Aprel 2021

ÇL-nin 1/4 finalıdan "Mançester Siti" - "Borussiya" matçından sonra Dortmund klubunun futbolçusu Erlinq Holanddan avtoqraf alan yan xətt hakimi Oktavian Şövre cəzalanıb.

 

Sportal.az xəbər verir ki, hakimi Rumıniya Futbol Federasiyasının Hakimlər Komitəsi cəzalandırıb. Bundan əlavə, rumıniyalı hakim yerli çempionat oyunlarına mövsümün sonuna qədər təyinat almayacaq.

 

Oktavian Şovre Çempionlar Liqasının 1/4 finalında keçirilən "Mançester Siti" – “Borussiya” (Dortmund) matçından sonra qonaqların futbolçusu Erlinq Haalanddan avtoqraf alıb. O, bununla bağlı verdiyi açıqlamada həmin avtoqrafın auksonda satılacağını və məbləğin autizm xəstələrinin müalicəsinə sərf oluncağını bildirib.

Xəbər xətti