Narkotik ticarəti ilə məşğul olan futbolçu həbs olundu

17:17 - 9 Aprel 2021

Kolumbiya millisinin keçmiş futbolçusu Con Viafara narkotik ticarəti ittihamı ilə saxlanılıb.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı keçmiş yarımmüdafiəçi ABŞ-da həbs edilib. Texas məhkəməsi 42 yaşlı Viafaranı ABŞ-dan Meksika üzərindən Kolumbiyaya narkotik qaçaqmalçılığında iştirak etməkdə günahkar hesab edib və 11 il həbs cəzası kəsib.

 

Viafara İngiltərənin “Portsmunt”  və “Southempton” klublarında çıxış etməklə tanınıb. O, Kolumbiya millisində 34 oyun keçirib.

Xəbər xətti