AÇ-2020: Bakıya gələcək azarkeşlərə güzəşt

13:13 - 10 Aprel 2021

AÇ-2020-nin Bakıdakı oyunlarını izləmək üçün Azərbaycana gəlmək istəyən azarkeşlərin koronavirus pandemiyası ilə bağlı səyahət məhdudiyyətlərindən azad edilməsi planlaşdırılır.

 

Sportal.az xəbər verir ki, bu istisna yalnız Bakı Olimpiya Stadionunda üz-üzə gələcək yığmaların fanatlarına şamil olunacaq.

 

Tərəfdarlar son koronavirus testinin mənfi çıxdığını sübut edən sənədi və oyun biletini təqdim etməklə viza ala biləcəklər.

 

Bakı ilə yanaşı, Rusiyanın Sankt-Peterburq şəhəri və Rumıniyanın paytaxtı Buxarestə gələn bilet sahibləri onları ölkəyə giriş qadağalarından və ya karantin tələblərindən azad edəcək xüsusi prosedurlardan yararlana bilərlər.

 

Digər təşkilatçı şəhərlərdə isə karantin tələblərinə tam əməl olunmalıdır.

Xəbər xətti