“Beşiktaş” ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, “qara qartallar”ın hücumçusu Cenk Tosun Super Liqanın 34-cü turunda "Ərzurumspor"la matçında ağır zədələnib. Sağ dizi çıxan 29 yaşlı forvard mövsümü erkən bitirib.
Cenk Tosun Türkiyə millisinə AÇ-2020-nin final mərhələsində kömək edə bilməyəcək.
Cenkin uzun müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir. "Beşiktaş" Tosunu yanvarda "Everton"dan icarəyə götürüb. O, Super Liqada keçirdiyi 3 oyunda 3 qol vurub.
saytlarin hazirlanmasi