AÇ-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlərdən olan Münhen azarkeşlərlə bağlı UEFA-ya təminat verməyib.
Sportal.az xəbər verir ki, şəhərin meri Diter Röyter bu barədə məlumat verib. O, hələ qərar vermədiklərini deyib.
Avropa çempionatı bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Bakı, Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı müsbət təminat verib
saytlarin hazirlanmasi