Futbol üzrə Çexiya 2-ci divizionunda 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) səfərdə “Brno” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Fərid də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqəsində meydana buraxılıb.
Ardıcıl üçüncü məğlubiyyətinə üzülən “Viktoriya” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi