Futbol üzrə Türkiyə kubokunda 3-cü mərhələnin cütləri məlum olub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” bu turda “Ceyhanspor”la qarşılaşacaq. Oyun Bursada baş tutacaq.
Digər azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Ankara Keçiörengücü” isə “Ağrı 1970"lə üz-üzə gələcək. Matç Ankarada oynanılacaq.
Bir oyundan ibarət olan 3-cü mərhələnin oyunları oktyabrın 26, 27 və 28-də olacaq.
saytlarin hazirlanmasi