Mahir oynadı, "Legiya" səfərdə uduzdu

01:15 - 4 Oktyabr 2021

Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasında növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Varşava təmsilçisi 10-cu turda səfərdə Qdansk "Lexiya"sı ilə üz-üzə gəlib və uduzub.

 

Mahir görüşün 46-cı dəqiqəsində meydana daxil olub. "Legiya"nın yeganə qolunu 88-ci dəqiqədə Tomas Pekhart vurub. O, penaltidən fərqlənib. 

 

Bu nəticədən sonra "Lexiya" 19 xalla turnir cədvəlində  2-ci, digərlərindən 2 oyun az keçirən "Legiya" isə 9 xalla 15-ci pillədədir. 

Xəbər xətti