Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məlumat yayıb.
Sportal.az xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçunun 3-cü koronavirus testinin nəticəsinin də mənfi çıxdığı xatırladıb. Millimizin üzvünün tezliklə komanda ilə məşqlərə qoşulacağı və onun Polşa çempionatının növbəti turunda “Lex”ə qarşı oynaya biləcəyi vurğulanıb.
Mahir Emrelinin millimizin DÇ-2022-nin Serbiya ilə dünənki seçmə mərhələ oyunundan (1:3) əvvəl ilk testi müsbət çıxıb və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxıb. Ancaq sonra onun ikinci testi mənfi çıxıb.
"Legiya"nın "Lex"lə oyunu isə oktyabrın 17-də keçiriləcək.
saytlarin hazirlanmasi