Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək "Qarabağ" - "Kayrat" oyununda tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq.
Sportal.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına 1 saat qalmış (19:45-də) Respublika Stadionunun bütün elektron tablolarında E.Əşrəfoğlunun şəkli əks olunacaq. Bununla bağlı artıq UEFA nümayəndəsinin razılığı alınıb.
Qeyd edək ki, "Qarabağ" - "Kayrat" matçı saat 20:45-də başlanacaq.
E.Əşrəfoğlu oktyabrın 19-da koronavirus xəstəliyindən dünyasını dəyişib.
saytlarin hazirlanmasi