"Bursaspor" azərbaycanlı futbolçusu Namik Ələskərovdan gözlədiyi nəticəni ala bilmir.
Sportal.az xəbər verir ki, Türkiyə mətbuatı I Liqa təmsilçisinin heyətində 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Namikin çıxışını "Neftçi"də son mövsümündəki performansı ilə müqayisə edib. 26 yaşlı vingerin gözlənilənin gerisində qaldığı bildirilib.
"Bursahakimiyet" yazır ki, millimizin üzvü ötən mövsümün ilk yarısında "Neftçi"də 8 qol vurmuşdu. Ona görə də, Ələskərov "Bursaspor"da hələ öz gücünü tam göstərə bilməyib.
saytlarin hazirlanmasi