Avropa Konfrans Liqası qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a qol vuran Xorxe Qomes İspaniyanın "Marca" qəzetinə açıqlama verib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi hesabda 2:1 öndə olan zaman 51 metrlik məsafədən fərqlənnən ispaniyalı yarımmüdafiəçi yarım saniyədə qərar verdiyini deyib:
"Qarabağ”la oyunda yarım saniyədə qərar verməli idim. 90-cı qəqiqə idi. Azlıqda qaldığımız üçün yarımmüdafiəni çətinliklə keçirdik. Andronikos Kakullisdən ötürmə aldım. Bu zaman topu buludlara göndərsəm, komanda yoldaşlarımın mənə nə deyəcəyini düşünmədim. Bir şeyi sınamaqdan qorxmayın".
saytlarin hazirlanmasi