Güləşçimiz Avropa çempionatında ermənini məğlub etdi

14:34 - 12 Mart 2022

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir. 

 

Sportal.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Ermənistan təmsilçisini məğlub edib.  74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Menua Yaribekyanla üz-üzə gəlib.

 

Rəqibini 12:2 hesabı ilə üstələyən Hacıyev 1/4 finala yüksəlib. O, bu raundda avstriyalı Simon Marchlla görüşəcək.

Xəbər xətti