PSJ-nin hücumçusu Kilian Mbappe yaxın günlərdə "Real"la müqavilə imzalayacaq.
Sportal.az xəbər verir ki, bu iddia ilə "Marca" nəşri çıxış edib. Qəzetin yazdığına görə, 23 yaşlı futbolçu gələn həftə Madrid təmsilçisi ilə 6 illik müqaviləyə imza atacaq.
Fransa millisinin üzvünün "kral klubu"nda illik maaşı 25 milyon avro təşkil edəcək. Bundan əlavə Mbappe "Real"dan 60-80 milyon avro arası imza pulu alacaq.
Qeyd edək ki, 2018-ci ilin yayında "Monako"dan PSJ-yə keçən hücumçunun Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq.
saytlarin hazirlanmasi
