"Sabah" Premyer Liqanın XIX turunda öz meydanında "Qarabağ"la qarşılaşıb.
Sportal.az xəbər verir ki, matçın 60-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Bəxtiyar Həsənalızadə zədələnib. Mübarizəni davam etdirə bilməyən mərkəz müdafiəçisinin əvəzinə meydana Slavik Alxasov daxil olub.
Futbolçunun zədəsinin nə dərəcədə ciddi olub-olmadığı həkim müayinəsindən sonra dəqiqləşəcək.
