"Milan" Pyer Kalulu ilə müqaviləni uzatmaq istəyir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "rossonyerlər" 21 yaşlı futbolçuya yeni müqavilə təklif edib.
İtaliya A seriyasının son turunda "Empoli" ilə görüşdə komandasına qələbə qazandıran Kalulu 2020-ci ildə "Lion"dan "Milan"a keçmişdi.
Yeni müqaviləyə əsasən fransız müdafiəçi 2026-cı ilə kimi Milan klubuna məxsus olacaq.
