Mahirin komandasının avtobusuna hücum

13:37 - 13 Mart 2022

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" klubu Xorvatiya 1-ci liqasında "Hayduk"la qarşılaşmadan öncə hücuma məruz qalıb.

 

Sportal.az xəbər verir ki, Splitdəki derbiyə gələn komandanın avtobusunu yerli fanatlar yad əşyalar atıblar. "Dinamo"nun futbolçularının olduğu avtobusun şüşəsi qırılıb. Oxşar hadisə komanda stadiona yaxınlaşanda da baş verib, lakin xəsarət alan olmayıb. Hadisə ilə bağlı yerli polis 89 nəfəri saxlayıb.

 

Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

Xəbər xətti