"Neftçi" yetirməsi olan "Sumqayıt"ın futbolçusu: "Mənə asan deyil" - FOTO

16:11 - 13 Mart 2022

Bu gün Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi” “Sumqayıt”ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, qonaq komandanın futbolçusu Araz Abdullayev “ağ-qaralar”a qarşı keçiriləcək oyunla bağlı sosial şəbəkədə paylaşım edib. O, yetirməsi olduğu “Neftçi”yə qarşı oyunun özü üçün asan olmayacağını bildirib:

“Futbolda yetişdiyim “Neftçi” klubuna və azarkeşlərinə hər zaman sevgim olub. Bu gün rəqib olmağımız mənə asan deyil. Yalnız idmanda belə hallar olur. Bu gün komandama bacardığım qədər kömək etməyə çalışacam”.


“Neftçi” yetirməsi olan 29 yaşlı futbolçu 2008-2011, 2011-2016-cı illərdə “Neftçi”də oynayıb.

 

Xəbər xətti