Çexiya 2-ci divizionunda 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) öz meydanında Praqa “Sparta”sının ikinci komandası ilə qarşılaşıb.
Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 19-cu dəqiqədə əvəzlənib.
“Viktoriya” 18 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
