"Neftçi" - "Sumqayıt" oyununun başlama saatı dəyişdirildi

18:11 - 13 Mart 2022

Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün keçiriləcək "Neftçi" - "Sumqayıt" oyununun başlama saatı açıqlanıb.

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, buna bu gün keçirilən “Qəbələ” - “Zirə” matçının qarlı hava şəraitinə görə hələlik dayandırılması səbəb olub. "Neftçi" - "Sumqayıt" matçı saat 18:15-də deyil, 18:45-də start götürəcək.

Qəbələdəki görüş 65-ci dəqiqədə dayandırılıb.

Xəbər xətti