Anton oynadı, komandası qalib gəldi

18:54 - 13 Mart 2022

Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) "Yagelloniya"nın qonağı olub. Krivotsyukun komandası bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.

Millimizin müdafiəçisi meydana start heyətində çıxıb və oyunu əvəzedilmədən keçirib.

​“Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

Xəbər xətti