Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Zirə” oyunu əlverişsiz hava şəraitinə görə 65-ci dəqiqədə təxirə salınıb.
Sportal.az xəbər verir ki, matçın bərpa olunacağı tarix dəqiqləşib.
Belə ki, oyun sabah saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək. (PFL)
