Azərbaycan Premyer Liqasının 19-cu turunda “Neftçi” “Sumqayıt”ı qəbul edib.
Sportal.az xəbər verir ki, matçdan sonra qonaq komandanın baş məşqçisi Aleksey Baqa görüşlə bağlı fikirlərini bildirib.
"Rəqib komandanın heyətində kifayət qədər yaxşı futbolçular var. Özlərini yaxşı göstərdilər. Hər kəs bacardığı oyunu nümayiş etdirdi. Lakin belə komandalarla oyunlarda da qələbə qazanmaq lazımdı. Amma bizə nəsib olmadı.
- Çox aqressiv görünürdünüz, sanki özünüz də meydana çıxmaq istəyirdiniz. Bu, rəqibə görə idi, yoxsa məğlubiyyətlər sizi təngə gətirib?
- Biz indi özümüzə rəqib seçə bilmərik. Çünki o vəziyyətdə deyilik. Hər oyuna son matç kimi çıxırıq. Xal qazanmaq lazımdı. İstəyir rəqib "Neftçi" olsun və ya başqası. Emosiyalarım bununla bağlı idi.
- Bura gələndən rəqibləri qələbə münasibətilə təbrik edirsiniz. Sizcə, biz sizi nə vaxt təbrik edəcəyik?
- Düşünürəm ki, bu məqam da gələcək. İndi biz peşəkarlığımızı qorumalıyıq. İstər meydanda, istərsə də paltardəyişmə otağında maksimum peşəkar olmalıyıq. Qələbənin resepti də budu. Biz ancaq bu şəkildə qələbə qazana bilərik. İnanıram ki, sizin də məni qələbə münasibətilə təbrik edəcəyiniz oyun olacaq.
Mirbağırağa
