"İnter"i Braziliya klubuna dəyişə bilər

21:58 - 13 Mart 2022

“İnter”in yarımmüdafiəçisi Arturo Vidal Cənubi Amerikaya yollanmağa hazırlaşır.

Sportal.az “Calciomercato”ya istinadən xəbər verir ki, çilili futbolçu yaxın günlərdə “nerazzura” ilə yeni müqavilə imzalamayacaqlarını açıqlayacaq.

“Flamenqo” Vidala müqavilə təklif edib. Təcrübəli futbolçunun Braziliyaya yollanamq istəyində olduğu bildirilir. 34 yaşlı futbolçu “Kolo-Kolo”, “Bayer”(Leverkuzen), “Yuventus”, “Bavariya”, “Barselona” klublarında oynayıb.

 

Xəbər xətti