"Qəbələ" - "Zirə" matçı baş tutacaq? - FOTO

10:30 - 14 Mart 2022

Azərbaycan Premyer Liqasının 19-cu turunun "Qəbələ" - "Zirə" matçı dünən güclü qar səbəbilə 65-ci dəqiqədə təxirə salınmışdı.

Sportal.az xəbər verir ki, matçın bu gün qaldığı yerdən davam etdiriləcəyi gözlənilir.

Qəbələ şəhər stadionun son durumu isə matçın baş tutacağını göstərir. Stadion qardan təmizlənib, 12:30-da bərpa ediləcək oyun üçün hazır duruma gətirilib. 


Xəbər xətti