"Bir qələbə lazımdı ki, uğursuzluqdan çıxaq"

11:26 - 14 Mart 2022

"Son turda məğlubiyyətimizə səbəb özümüzük. Buraxdığımız səhvlərə görə uduzduq. Oyunun müqəddəratını dəyişə bilmədik və uduzduq".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.

Paytaxt klubunun futbolçusu Premyer Liqanın 19-cu turunun “Keşlə” ilə matçında uduzan komandasının məğlubiyyətini şərh edib. Nağıyev, "Səbail"in uğursuz çıxışı barədə bunları deyib:

"Buraxılan iki qoldan sonra oyunu dəyişmək çətindi. Maddi baxımdan komandada heç bir problem yoxdu, hər şey qaydasındadı. Hər oyunda fərdi səhvlərdən qollar buraxırıq. Belədə, komandanın vəziyyətini də çətinə salırıq. Bizə bir qələbə lazımdı ki, uğursuzluqdan çıxaq”.

Xəbər xətti