"Herta"ya baş məşqçi təyin edilib.
Sportal.az xəbər verir ki, Tayfun Korkutla yollarını ayıran Berlin klubu Feliks Maqatla anlaşıb.
Onunla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
68 yaşlı mütəxəssis “Hamburq”, “Verder”, “Ştutqart”, “Bavariya”, “Volfsburq”, “Şalke”, “Fulhem”, “Şandon Lunenq” klublarını çalışdırıb.
