"Roma" "Barselona"nın futbolçusu üçün 15 milyon təklif etdi

13:50 - 14 Mart 2022

"Roma" "Barselona"nın futbolçusu Serjinyo Desti transfer etməkdə israrlıdı.

Sportal.az "Il Corriere dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu amerikalı üçün Kataloniya təmsilçisinə müraciət edib.

21 yaşlı müdafiəçi özü də Joze Mourinyo ilə işləməyin əleyhinə deyil.

"Barsa" Desti 20 milyon avrodan aşağı qiymətə satmaq istəmir. "Roma" rəsmiləri isə 15 milyon avroya amerikalını transfer etməyə hazır olduğunu qarşı tərəfə bildirib.

21 yaşlı futbolçu “Ayaks” yetirməsidi və 2020-ci ildə Amsterdam klubundan “Barselona”ya keçib.

Xəbər xətti