De Byazinin yalanı üzə çıxdı: müsahibəsinin SƏS YAZISI

19:20 - 8 Aprel 2022

Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin İtaliya mətbuatına verdiyi açıqlama bu gün sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Mütəxəssis Azərbaycan yığmasını “qorxaq və xaraktersiz” adlandırmaqla Malta və Latviyaya olan məğlubiyyətlərdəki bütün günahları futbolçuların üzərinə atdı.

 

Sportal.az futbolinfo.az-a istinadən xəbər verir ki, tənqid hədəfinə çevrilən de Byazi az öncə Azərbaycan mətbuatına açıqlama verərək belə bir söz demədiyini bildirib. Bütün bunları nəzərə alıb de Byazinin “TMW Radio Sport”a verdiyi müsahibəni araşdırmaq qərarına gəldik.

 

Bu gün İtaliya mətbuatında gedən xəbərlərdə çalışdırıcının müsahibəsi həm yazılı şəkildə, həm də səs yazısı şəklində var idi. Səs yazısındakı həmin hissəni italyan dilindən tərcümə etdik. Nəticədə de Byazinin həqiqətən belə ifadələr işlətdiyi, sonrakı təkzibinin yalan olduğu üzə çıxdı.

 

Səs yazısını sizə də təqdim edirik. İtalyan dilini bilənlər yığmanın baş məşqçisinin komandası barədə həmin ifadələri işlətdiyini rahat şəkildə eşidə bilərlər:

 

Xəbər xətti