Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Salih Uçan zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu Super Liqanın 8-ci turunun "Fənərbaxça" ilə matçında (0:0) zədələnib. Tibbi müayinə zamanı əzələsində zədə aşkarlanan təcrübəli oyunçu 9-cu turun "Giresunspor"la görüşündə oynamayacaq.
"Giresunspor" - "Beşiktaş" qarşılaşması 8 oktyabr tarixində, Bakı vaxtilə saat 21:00-da baş tutacaq.
Qeyd edək ki, Salih Uçan 2021-ci ilin yayından "Beşiktaş"da çıxış edir. O, cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 8 Super Liqa matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi