"3:0 qalib gəlirlər, ancaq son dəqiqələrdə hücum edirlər, bu, "Qarabağ"ın özünəinamının yüksək olmasını göstərir"

15:16 - 7 Oktyabr 2022

“Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiç Sportal.az saytına açıqlama verib.

Xorvatiyalı qolkiper Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Olimpiakos”u səfərdə 3:0 məğlub edən Ağdam təmsilçisi barədə danışıb.

Varvodiç “Qarabağ”ın nümayiş etdirdiyi oyun haqda xoş fikirlər səsləndirib:

“Qarabağ”ın göstərdiyi oyun məni çox sevindirdi. Bu, həqiqətən də çox yaxşı komandadı. “Qarabağ”  səviyyəli komandadı. Buna əsaslanaraq demək olar ki, Avropa Liqasında çox yol qət edə edəcəklər. “Qarabağ” rəqibdən çəkinmir, üzərinə gedir. “Olimpiakos”a qarşı əla oynadılar. Təsəvvür edin, 3:0 qalib gəlirlər, buna rəğmən görüşün son dəqiqələrində də hücum edirlər. Bu, “Qarabağ”ın özünəinamını, keyfiyyətini göstərir. Onlar çox dəyərli işlər görürlər".

2012-2013 mövsümündə “Qarabağ”ın qapısımnı qorumuş 33 yaşlı kiper hazırda klubsuzdu.

Mirbağırağa

 

Xəbər xətti