Fransa millisinin sabiq üzvü Frank Riberi “Salernitana” ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsini istəyir.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, fransalı aktiv futbolçu karyerasını bitirmək istəyir.
Bu mövsüm 39 yaşlı futbolçu İtaliya klubunun heyətində cəmi 2 matçda meydana çıxıb və qol vura bilməyib.
“Brest”, “Metz”, “Qalatasaray”, “Marsel”, “Bavariya”, “Fiorentina”da oynamış fransalı 2021-ci ildən “Salernitana”da çıxış edir.
