"Yaxşı pressinq etmədik, bu nəticəyə görə təəssüflənirik"

17:28 - 7 Oktyabr 2022

“Roma”nın futbolçusu Paulo Dibala Avropa Liqasında "Betis"ə məğlubiyyəti (1:2) şərh edib.

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı komandasının uğursuzluğunu belə əlaqələndirib:

“Betis”in topla yaxşı davrandığını bilirdik. Çox yaxşı pressinq etmədik, amma əlimizdə olan imkanları nəzərə alaraq, bu nəticəyə görə çox təəssüflənirik. Məşqçi və komanda yoldaşlarım mənə çox kömək edirlər. Biz topu daha yaxşı idarə edə bilərdik. Ola bilsin ki, cərimə meydançasına kifayət qədər tez daxil ola bilmədik”.

 

Xəbər xətti