Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə müddətini uzatdı

17:43 - 7 Oktyabr 2022

İngiltərə Premyer Liqasının təmsilçisi “Nottingem Forest” baş məşqçisi ilə müqavilə müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Stiv Kuper başqa komandalardan təklif alsa da, 2025-ci ilə qədər “Nottingem Forest”də qalmağa razılıq verib. O, 2021-ci ildən adıçəkilən komandanı çalışdırır.

​42 yaşlı mütəxəssis buna qədər İngiltərənin U-16, U-17 yığmalarını, habelə, “Suonsi Siti” klubunda baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbər xətti