Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki. azərbaycanlı futbolçular Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi "Ximki" səfərdə "Ural"ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Ayaz Quliyev bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. İlya Sadıqov isə sonadək ehtiyatda qalıb.
12 turdan sonra 8 xal toplayan "Ximki" 16 komanda arasında 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi