Yığmamız Kiprə uduzdu

22:29 - 7 Oktyabr 2022

Bu gün qızlardan ibarət U-19 yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, yığmamız Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçirilən oyunda Kiprlə üz-üzə gəlib. 

Görüş komandamızın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Azərbaycan yığması daha öncə Monteneqroya da 1:2 hesabı ilə uduzmuşdu. Yığma son matçını oktyabrın 10-da Xorvatiyaya qarşı keçirəcək.

 

Xəbər xətti