Polşa millisinin baş məşqçisi: "Revanş üçün şansımız olacaq"

22:54 - 7 Oktyabr 2022

Futzal üzrə Polşa millisinin baş məşqçisi Blajey Korçinski DÇ-2024-ün seçmə mərhələsinin startında Azərbaycan yığmasına məğlubiyyətdən (3:4) sonra mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, polşalı mütəxəssis millimizə qarşı keçirilən oyun haqda danışıb: 

“Çətin matçda məğlub olduq. Oyun bitdi, indi diqqəti başqa görüşlərə yönəldəcəyik. Revanş üçün şansımız olacaq. Azərbaycan çətin rəqibdi. Matçdan əvvəl ciddi kadr itkilərimiz oldu. Belə olanda çətin idi  oynamaq”.

- Artıq oyun başa çatıb. Azərbaycan yığmasını qrupun favoriti hesab etmək olar?
- Təbii ki, bu, matçdan əvvəl də belə idi. Biz səfərdə oynadıq. Biz hələ evdə də oynayacağıq və düşünürəm ki, həmin görüşdə favorit olacağıq.

Mirbağırağa

Xəbər xətti