Anton oynadı, komandası qələbə qazana bilmədi - VİDEO

11:21 - 8 Oktyabr 2022

Polşa çempionatında 12-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) növbəti matçına çıxıb.

Plotsk klubu "Yagelloniya" ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Millimizin üzvü start heyətində meydana çıxıb və 62 dəqiqə oynayıb.

​“Visla” 12 turdan sonra 21 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti