Azərbaycan yığması turniri bir medalla başa vurdu

12:18 - 8 Oktyabr 2022

Latviyanın paytaxtı Riqada gənc taekvondoçular arasında Olimpiya çəkiləri üzrə Avropa çempionatı baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan yığma komandası turnirdə cəmi bir bürünc medal qazanıb.

Məmməd Abdullayevin rəhbərlik etdiyi kollektivdə yalnız Zemfira Həsənzadə medala sahib çıxıb. O, 44 kq çəki dərəcəsində estoniyalı və polşalı rəqiblərini məğlub etsə də, yarımfinalda ispaniyalıya uduzub.

Bu səbəbdən də Həsənzadə 3-cü yerlə kifayətlənib.

 

Xəbər xətti