Premyer Liqa klubunun üzvü dünya çempionatında iştirak etməyəcək

12:32 - 8 Oktyabr 2022

"Vulverhempton" ciddi itki ilə üz-üzə qalıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə klubunun üzvü olan Pedro Neto zədələnib.

22 yaşlı yarımmüdafiəçi topuğundan əməliyyat edilib.

Onun bərpa müddəti bəlli deyil. Amma Neto böyük ehtimall Portuqaliya millisinin heyətində DÇ-2022-də iştirak etməyəcək. 

Xatırladaq ki, Qətərdə keçiriləcək mundial noyabrın 20-də start götürəcək dekabrn 18-də başa çatacaq. 

Xəbər xətti